|
Hz. Mehdi (ə.s) Allahın əmri olduğu üçün heç vaxt qan tökməyəcək |
1980-ci ildən bu günə kimi dünyada və siyasət aləmində baş verən bir çox hadisələr Mehdiyətə və Məsihə görə irəliləyir. İslam aləmi 1980 (Hicri 1400)-ci ildən həm Peyğəmbər Əfəndimizin hədislərindən, həm Quran ayələrinin işarətlərindən, həm də böyük İslam alimlərin müjdələdiyi Hz. Mehdinin zühurunu açıq şəkildə gözləməyə başlamışdır. Bu, həmçinin Tövrat və İncildəki məlumatlardakı, yəni Yəhudilərin Kral Məsih (Hz. Mehdi), Xristianların isə Hz. İsanın yenidən dünyaya gəlişini gözlədikləri tarixlərdir.
İndiyə qədər bəzi Evanjeliklərin (İncil yazıçılarının) və yalnış düşüncəli Müsəlmanların Mehdiyətin və Məsihliyin qan tökməsi, Müsəlmanlar və Kitab Əhli arasında böyük bir qarşıdurma yaradacağı kimi səhv inanclarına görə bir çox yalnış siyasət aparıblar. Xüsusilə, Evanjeliklərin Amerikanın xarici siyasətindəki rolu, həm İran və Əfqanıstan işğalına, həm milyonlarla günahsız Müsəlmanın, həm də Avropalıların və Amerkalıların qanının axmasına səbəb olmuşdur. Bəzi Evanjeliklər, fərqli məzhəblərdən olan Xristianlar və az sayda da olsa Yəhudilər qan tökülməsinin şiddətlə artacağını və Müsəlmanlarla Kitab Əhli arasında böyük bir qarşıdurma olacağını düşünürlər. İslam aləmində bəzi məlumatı az olan insanlar Hz. Mehdi Şiələri, Vəhabiləri, Yəhudiləri, Xristianları mərhəmətsizcə qətl edəcək, qan tökən birisi kimi göstərməkləri də qarşıdurmanın gözlənilməsini qaçınılmaz edir.
Halbuki, axır zamanın bundan sonrakı dövründə qan tökülməsini gözləyən hər kəs böyük bir yalnışlıq görəcək. Hz. İsa və Hz. Mehdi əsla qan tökməyəcək, tam tərsinə sevgiylə, şəfqətlə, gözəl sözlə, mərhəmətlə din əxlaqını hakim edəcəklər. Bu mövzuda bir qisim Evanjeliklər də, Kitab Əhlinə düşmən olan bəzi Müsəlmanlar da ciddi bir səhv düşüncə içindədirlər.
Hz. Mehdinin hər hansı bir qarşıdurma yaratması, hər hansı bir döyüşü təşviq etməsi və qan tökməsi əsla mümkün deyil, ÇÜNKİ ALLAH, HZ. MEHDİNİN QAN TÖKMƏMƏSİNİ ƏMR ETMİŞDİR. HZ. MEHDİ PEYĞƏMBƏRİMİZƏ ALLAH TƏRƏFİNDƏN BİLDİRİLDİYİ ƏXLAQA VƏ HÖKMLƏRƏ GÖRƏ HƏRƏKƏT EDƏCƏK, QURANA VƏ HƏDİSLƏRƏ İTAƏT EDƏCƏKDİR. Hz. Mehdi İslam əxlaqını hakim etmək üçün hansı yol ilə getməyi vacib olduğunu, hansı vəziyyətlər qarşısında necə rəftar etməsi lazım olduğu Peyğəmbərimiz tərəfindən geniş olaraq bildirilmişdir. Bu məlumatları Peyğəmbərimizə Cəbrayıl vəsiləsiylə verən Allahu Təaladır. Dolayısı ilə, Hz. Mehdinin atdığı hər addımda, verdiyi hər qərarda Allahın əmrinə uyğun olacaqdır. ALLAHIN HZ. MEHDİYƏ ƏMRİ “BİR DAMCI QAN TÖKMƏMƏSİ, BİR İNSANIN BURNUNUN BELƏ QANAMASINA YOL VERMƏMƏSİ, YATANIN DA OYADILMASININ MÜMKÜN OLMAYACAĞI ŞƏKİLDƏ SAKİT, MEHRİBANLIQLA VƏ NƏZAKƏTLƏ HƏRƏKƏT ETMƏSİDİR.” |
Hz. Mehdiyə qan axıtmama əmri Peyğəmbərimiz Hz. Məhəmməd tərəfindən verilmişdir, qəti bir təlimatdır. Hz. Mehdi həyatının heç bir anında qan axıtmayacaqdır. Bunun əksini edən, yəni Peyğəmbərimizin təlimatına qaşı çıxaraq qan axıdarsa, onda o, qəti şəkildə Mehdi deyildir.
|
Hz. Mehdi bir damcı belə qan axıtmayacaq, yatan adamı oyatmayacaq |
Hz. Mehdi müharibədən uzaq, sülh tərəfdarıdır. Hz. Mehdi müharibə ilə deyil, sevgi ilə, Allahı xatırlayaraq Quran əxlaqını dünyaya hakim edəcək. Hz. Mehdi ən mühüm xüsusiyyətlərindən olan sülh və sevgiylə din əxlaqını hakim edəcəyi, Peyğəmbərimizin hədislərində aşağıdakı kimi xəbər verilir:
İnsanlar bal arılarının erkəkləri ətrafında toplanması kimi, Hz. Mehdinin ətrafında toplanarlar. Zülmlə dolu dünyanı ədalətlə doldurar. O qədər ədalətli olacaq ki, YATAN BİR KİMSƏ BELƏ OYANMAZ VƏ BİR DAMCI QAN BELƏ AXIDILMAZ. Dünya sanki əsri-səadət dövrünə geri dönər. (Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29 və 48)
Hz. Mehdi (ə) Peyğəmbərimizin yolunu gedəcək, YATMIŞ İNSANI OYANDIRMAYACAQ, QAN DA AXITMAYACAQDIR. (Qiyamət Əlamətləri, səh. 163)
[HZ. MEHDİNİN (ə)] ZAMANINDA NƏ BİR KİMSƏ YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQDIR. (Əl Kavlu'l Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, səh. 44)
Ona [Hz. Mehdiyə] beyət edərlər, [Kəbə ətrafındakı], rukün ve məqam arasında beyət edərlər. YATANI OYATMAZ, ƏSLA QAN TÖKMƏZLƏR. (Əl-Heytemî, El-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, səh. 24)
Buna görə də Peyğəmbərimiz, Hz. Mehdinin fitnə, müharibə və qarşıdurmalara son qoyaraq,bütün bunları fikri mübarizə ilə reallaşdıracağını da xəbər vermişdir. Hz. Mehdi dövründə silahlardan istifadə edilməyəcək, müharibələr bitəcəkdir, Hz. Mehdinin zühuru və Hz. İsanın gəlişindən sonra yer üzündə ədalət, sülh və sevgi hakim olacağı hədislərdə belə xəbər verilmişdir:
Müharibə [mütəxəssisi] də yükünü [silah və vəsaitlərini]atacaq. (Sünən-i Ibn-i Macə, 10/334)
Hərb [mütəxəssisi] yükünü [yəni silah və.s] buraxar. (İmam Şa'rani, ölüm-qiyamət-Axirət və Axırzaman Əlamətləri, 496)
Düşmənlik və kini də qaldıracaq... Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət olunmayacaq. Döyüş də yükünü buraxacaq. (Sünəni Ibni Macə, 10/334)
Heç bir kəs arasında bir düşməçilik qalmayacaq. Bütün düşmənçiliklər, döyüşlər, həsədlər şübhəsiz ki, itib gedəcək. (İmam Şa'rani, ölüm-qiyamət-Axirət və Axırzaman Əlamətləri, 496)
Hədislərdə "Döyüş yükünü" buraxacaq ifadəsiylə diqqət yetirildiyi bu dövrdə hər cür şiddət, zülm, döyüş, qarışıqlıq sona çatacaq. Başqa sözlə Mehdiyət -Dəccaliyətin tam tərsinə- insan sevgisinə, hörmətə söykənən, müşfiq, gözəl niyyətli və ağıllı bir sistemdir. Hz. Mehdi bütün yer üzündə ədaləti təmin edəcək hətta "tək bir damcı qan belə axıdılmayacaq." Onun hakim olduğu dövr, həqiqi sevgi və sülhün yaşandığı, rahatlıq və xoşbəxtlik dövrü olacaq.
|
Yəhudi qaynaqlarında Mehdiyət dövründəki sülh vəziyyəti
|
Döyüşlərin sona çatması:
… Son günlərdə... Rəbbin bir çox xalqın arasındakı anlaşılmazlıqları həll edəcək... Xalq xalqa qılınc qaldırmayacaq, döyüş təlimi keçməyəcəklər. (Yeşaya, 2:2-4; Mika, 4:1-3)
Hərb maşınlarını Efrayimdən, atları Yeruşalimdən (Qüdsdən) uzaqlaşdıracağam. Döyüş sipərləri qırılacaq... (Zekeriya, 9:10)
O dövrdə [Hz. Mehdi dövründə], aclıq, döyüş, həsəd ,düşmənlik olmayacaq... (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
... Ölkədən sipərləri, qılıncı, döyüşü qaldıracağam, onları təhlükəsizlik içində yatırdacağam. (Hoşea, 2:18)
... Ölkənizə sülhü təmin edəcəyəm. Qorxu içində yatmayacaqsınız... Müharibə görməyəcəksiniz. (Levililər, 26:5-6)
Silahlanmanın yox edilməsi:
"... Yığdıqları silahları yandıracaqlar. Böyük, kiçik qalxanları, yayları, oxları, çubuqları, mizraqları alova atacaqlar... Silahlardan yandırmaq üçün istifadə edəcəklər..." Qadir Rəbb belə deyir. (Ezekiel, 39:9-10)
... İnsanlar qılınclarını çəkiclə döyüb şum dəmiri, mizraqlarını isə bağ bıçağı edəcəklər... (Yeşaya, 2:4; Mika, 4:3)
Şiddət və terrorun sonu:
… Heç kimsəyə zərər verilməyəcək, ölüm olmayacaq… (Yeşaya, 11:9)
Həlimlər dünyanı miras alacaq, dərin bir rahatlığın zövqünü dadacaqlar. (Məzmurlar, 37:11)
"Qurdla quzu birlikdə otlayacaq, aslan mal kimi saman yeyəcək, ilanın yeməyi isə torpaq olacaq... Heç kimsəyə zərər verilməyəcək, ölüm olmayacaq." Rəbb belə deyir. (Yeşaya, 65:25)
Sülh və inamın olması:
Onun dövründə [Hz. Mehdinin dövründə] qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə oğlaq birlikdə yatacaq, buzov, gənc aslan və bəslənmiş mal yan-yana dayanacaq, onları kiçik bir uşaq güdəcək. İnəklə birlikdə otlayacaq, balaları bir yerdə yatacaq. Aslan mal kimi saman yeyəcək. Əmzikdəki körpə kobra dəliyi üzərində oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzə çuxuruna soxacaq... Heç kimə zərər verilməyəcək, ölüm olmayacaq... (Yeşaya, 11:6-9)
Orada təhlükəsiz vəziyyətdə yaşayacaqlar, evlər, bağlar tikəcəklər... Təhlükəsiz vəziyyətdə yaşayacaqlar. Həmin dövrdə mən də onların Tanrısı Rəbb olduğumu biləcəksiz. (Hezekiel, 28:26)
Hər kəs öz üzümlüyündə, əncir ağacının altında oturacaq. Kimsə kimsəni qorxutmayacaq. Bunu söyləyən hər şeyə Qadir olan Rəbdir. (Mika, 4:4)
... Xalq ölkəsində təhlükəsiz vəziyyətdə hakim olacaq... Təhlükəsiz vəziyyətdə yaşayacaqlar, heç kim onları qorxutmayacaq. (Ezekiel, 34:27-28)
Düzgünlüyün məhsulu sağlamlıq, nəticəsi, daimi rahatlıq və güvən olacaq. Xalqım sağlam olaraq evlərdə, etibarlı və rahat yerlərdə yaşayacaqlar... Sulu yerdə toxum əkən, malını, eşşəyini sərbəst şəkildə çəmənliyə qoyan kəslər nə xoşbəxtdir! (Yeşaya, 32:17-18)
... Onları qorxudan olmayacaq. (Sefenya, 3:13)
... Şikəst uşaqlar doğulmayacaq... (Yeşaya, 65:23) |
|
|
|
ƏLDƏ EDƏ BİLƏCƏYİNİZ KİTABLAR
|
|
DİGƏR SAYTLARIMIZ
|
|
|
|
BU SAYT HARUN YAHYA (ADNAN OKTAR)-IN ƏSƏRLƏRİNDƏN
İSTİFADƏ EDİLƏRƏK HAZIRLANMIŞDIR.
Müəllif Haqqında
Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsiniz. www.mehdiqanaxitmaz.com
KİTABLAR - MƏQALƏLƏR - VEB SAYTLAR
adnanoktar.az |
|
|
|