1. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur:
"Bir zimmiyi (məsuliyyətə cəlb olunan insan) haqsız yerə öldürən cənnətin qoxusunu hiss edə bilməz. Halbukionunqoxusuqırxillikyoldanhiss edə bilir." (Buxari, Cizyə, 5)
2. Peyğəmbərimiz (s.ə.v) buyurur:
"Hər kim zimmiyə zülm edər və ya daşıya bilmədiyi yükü ona yükləyərsə, o kimsənin düşməniyəm"
3. Hz. Peyğəmbər (s.ə.s) buyurur:
"Kim azad insana zülm edər və ya gücünün çata bilmədiyi yüklə yükləsə, ya da zorla ondan bir şey alarsa, qiyamət günü mən ona qarşı çıxaram." (Əbu Davud, Xərac, 31-33)
4. Hz. Peyğəmbər (s.ə.s) buyurur:
"Kim bir zimmiyəəziyyət etsə mən ondan şikayətçiyəm. Mən kimdən (bu dünyada) şikayətçi olsam, qiyamət günündə də şikayətçi olaram." (Aclını, Keşfu'l-Hafa' II, 218)
5. Hz. Peyğəmbər (s.ə.s) buyurur:
"Qorxun! Kim belə insanlara (yəni, özləri ilə müqavilə bağlanılmış olanlara) zalım və sərt münasibət göstərsə, onların haqlarını kəssə və ya gücü çata bilmədiyindən artıq yükləsə və ya icazəsiz onlardan bir şey alarsa hökm günü onlardan mən şikayətçi olacağam." (Əbu Davud, Cihad; (İslamda Dövlət Nizamı, Əbu-l əla Əl-Mövdudi, Hilal nəşrləri, 1967, s. 71)
6. Hz. Ömər zamanında fəth edilən ölkələrin heç birində, heç zaman ibadət məkanlarına hörmətsizlik edilməmişdir. Əbu Yusuf yazır:
"Bütün ibadət yerləri olduğu kimi qaldı. Nə onlar yerlə bir edildi, nə də məğlub edilənlər mallarından məhrum edildilər." (Əbu Yusuf, Kitab-ül Xərac; İslamda Dövlət Nizamı, Əbu-l Əla Əl-Mövdudi, Hilal nəşrləri, 1967, s. 74)
7. Hz. Əli (ə):
"Hər kim ki, bizim zimmimizdir, onun qanı bizimki qədər müqəddəsdir, malları bizim mallarımız qədər qorunur" - dedi. Başqa bir qaynaqda hz. Əlinin belə dediyi nəql edilir: "Zimmiliyi açıq-açkar qəbul edənlərin malları və həyatları bizimki (yəni, müsəlmanlarınkı) kimi müqəddəsdir." (İslamda Dövlət Nizamı, Əbu-l Əla Əl-Mövdudi, Hilal nəşrləri, 1967, s. 76)
8. Hz. Peyğəmbər (s.ə.v) xristian olan İbn Harris b. Ka'b və dindaşlarına yazdırdığı razılaşma mətnində:
"Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, ismətləri və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Nəsraniyət dini üzrə yaşayanlardan heç kim İslamı qəbula məcbur edilməyəcək. Xristianlardan biri hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər" - maddələrini yazdırdıqdan sonra: " Kitab əhli ilə ancaq ən gözəl üsullarla mübarizə edin... (Ənkəbut, 29/46) ayəsini oxudu. (İbn Hişam, Əbu Məhəmməd Abdulməlik, (v. 218/834), əs-Sirətü'n-Nəbəviyyə, Daru't-Turasi'l-Ərəbiyyə, Beyrut, 1396/1971, IV/241-242; Hamidullah, əl-Vəsaiq, s. 154-155, say 96-97; Şərq-qərb qaynaqlarında birgə həyat, s. 95)
Peyğəmbərimiz hz. Məhəmmədin (s.ə.v) xristian olan İbn Harris b. Kab və qövmünə yazdırdığı razılaşma mətnində:
"ŞƏRQDƏ VƏ QƏRBDƏ YAŞAYAN BÜTÜN XRİSTİANLARIN DİNLƏRİ, KİLSƏLƏRİ, CANLARI, İSMƏTLƏRİ VƏ MALLARI ALLAHIN, PEYĞƏMBƏRİN VƏ BÜTÜN MÖMİNLƏRİN HİMAYƏSİNDƏDİR. Xristianlıq dinini yaşayanlardan heç kim istəmədən İslamı qəbula məcbur edilməyəcək. Xristianlardan biri hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər" - yazdırmasıdır. (İbn Hişam, Əbu Məhəmməd Abdulməlik, əs-Siratü'n-Nəbəviyyə, Daru't-Türasi'l-Ərəbiyə, Beyrut, 1396/1971, II/141-150)
Hz. Muhəmməd (s.ə.v) Evs və Həzrəc qəbilələri ilə edilən Mədinə razılaşmasına yəhudilərin də gəlməsinə icazə vermiş və beləcə yəhudilərin də müsəlmanların arasında ayrı bir dini qrup olaraq həyatlarını davam etdirmələrini təmin etmişdir. Mədinə razılaşmasının "BƏNİ-ƏVF YƏHUDİLƏRİ İNANANLARLA BİRLİKDƏ BİR XALQ OLDULAR. YƏHUDİLƏRİN DİNİ ÖZLƏRİNƏ, MÜSƏLMANLARIN DİNİ ÖZLƏRİNƏDİR" hökmü ilə müsəlmanların yəhudilərin ənənələrinə və inanclarına göstərdikləri şəfqətin və anlayışın təməli Peyğəmbərimiz (s.ə.v) dövründə atılmışdır.
Şəxsən Peyğəmbərimiz (s.ə.v) tərəfindən Edruh, Makna, Xeybər, Nəcran və Əqəbəli kitab əhlinə verilən səlahiyyətlər müsəlmanların kitab əhlinin can və mal təhlükəsizliyini zəmanət altına aldıqlarını və onlara inanc və ibadət azadlığı verdiyini göstərmişdir. Peyğəmbərimizin (s.ə.v) nəcranlılar ilə imzaladığı müqavilədə göstərilən bu maddələr də diqqət çəkicidir:
NƏCRANLILARIN VƏ TABELİYİNDƏKİLƏRİN CANLARI, MALLARI, DİNLƏRİ, AİLƏLƏRİ, KİLSƏLƏRİ VƏ SAHİB OLDUQLARI HƏR ŞEY ALLAHIN VƏ ALLAHIN PEYĞƏMBƏRİNİN qoruması altında olacaq.
Heç bir keşiş kilsəsindən, ya da monastırından çıxarılmayacaq və heç bir keşiş keşişlik həyatını tərk etməyə məcbur edilməyəcək. ONLARA HEÇ BİR ƏZAB EDİLMƏYƏCƏK, YA DA ALÇALDILMAYACAQLAR və torpaqları ordumuz tərəfindən işğal edilməyəcək.
Bütün bunlardan əlavə Rəsulullahın (s.ə.v) kitab əhlinin toy məclislərinə getdiyinə, xəstələrini ziyarət etdiyinə və onları qonaq qəbul etməsinə dair rəvayətlər var. HƏTTA NƏCRAN XRİSTİANLARI ONU ZİYARƏT ETDİKLƏRİ ZAMAN HZ. MUHƏMMƏD (S.Ə.V) ONLARA ƏBASINI SƏRMİŞ VƏ OTURMALARINI SÖYLƏMİŞDİR.
Peyğəmbərimiz (s.ə.v) dövründə xristian və yəhudi qəbilələri ilə müxtəlif müqavilələr imzalanmış və bu birliklərə varlıqlarını və haqqlarını zəmanət altına alacaqları müxtəlif amannamələr verilmişdi. Xristian qəbilələrdən Cerbalılar və Ərzuhlulara verilən amannamələr bunun nümunələrindəndir. Bu sənədlər müsəlmanların idarəsində olan və ya İslamın hakimiyyətini tanıyan kitab əhlinin hüquqi, dini və ictimai haqlarını zəmanət altına alan razılaşmalar idi. Yerinə yetirilmə zamanı hər hansı bir problemlə qarşılaşıldığında bu sənədlərə müraciət edilərək problemlər həllə olunurdu. Məsələn, Dəməşqli xristianların bir problem olduqda özlərinə verilmiş amannaməni dövrün xəlifəsi hz. Ömərə təqdim edərək, kömək istədikləri tarix kitablarında göstərilmiş məlumatdır.
Peyğəmbərimizin (s.ə.v) xristian, yəhudi və müşrik cəmiyyətlərlə imzaladığı Mədinə vəsiqəsi də əhəmiyyətli bir ədalət nümunəsidir. Mədinə vəsiqəsinin maddələrindən biri belədir:
"Bəni-Əfv yəhudiləri möminlərlə birlikdə eyni ümmətdirlər, YƏHUDİLƏRİN DİNLƏRİ ÖZLƏRİNƏ, MÜSƏLMANLARIN DİNLƏRİ DƏ ÖZLƏRİNƏDİR."
Mədinə vəsiqəsinin 16-cı maddəsində isə "Bizə tabe olan yəhudilər heç bir haqsızlığa uğramadan və düşmənləri ilə də köməkləşmədən, kömək və dəstəyimizə haqq qazanacaqlar"- deyə bildirilmişdir.
Peyğəmbərimizdən (s.ə.v) sonra da səhabələri Peyğəmbərimizin (s.ə.v) bu hökmünə sadiq qalmışlar və eyni hökmü Bərbəri, Buddist, Brahman və bənzər inanclara sahib kəslər üçün də tətbiq etmişlər.
XƏLİFƏLƏR DÖVRÜNDƏ
Hz. Əbubəkrin Suriya səfərinə getməsi əsnasında verdiyi bu təlimat Quran əxlaqının gözəl bir nümunəsidir:
Ey insanlar, ürəklə əməl etməniz üçün on qayda verirəm: Xəyanət etməyin və haqq yoldan ayrılmayın. Uşağı, qadını və yaşlı insanları qətl etməyin. Xurma ağaclarını yandırıb yox etməyin və hər hansı bir meyvəli ağacı da kəsməyin. Dəvələrdən, sürülərdən ya da yığınlardan hər hansı birini qətl etməyin. Özünüz üçün saxlayın. Həyatını ührəviliyə həsr etmiş kəslərlə qarşılaşacaqsınız, onları öz halları ilə başbaşa buraxın. Növbənöv yeməklər təqdim edən insanlarla qarşılaşacaqsınız, yeyin, lakin Allahın adını xatırlamağı unutmayın.
Hz. Əbubəkr (r.ə) dövründə sülh yolu ilə fəth edilən Təbərriyə şəhərində yaşayan xristianlara kilsələrinə toxunulmayacağına dair zəmanət verildiyi tarixi sənədlərdə yer alıb. Eyni şəkildə, Dəməşqin fəthi əsnasında imzalanan razılaşmada kilsələrin yıxılmayacağı və məskən edilməyəcəyi xüsusilə vurğulanmışdır.
Hz. Ömərin (r.ə) Qüds xalqına verdiyi amannamədə də kitab əhlinin ibadət yerlərinə toxunulmayacağı bildirilir.
Hz. Osman (r.ə) dövründə erməni şəhəri olan Debilin fəthi əsnasında şəhərdə yaşayan xristianlar, yəhudilər və atəşpərəstlərə verilən amannamədə məbədlərin qorunacağı zəmanəti göstərilmişdir.
Mədain xaricində olan və patriarx Mar Amme tərəfindən daha əvvəl yandırılmış olan St. Sergius monastırı hz. Osman (r.ə) dövründə yenidən tikilmişdir.
Suriyanın Şam şəhərindəki Əziz John kilsəsi bu şəfqətin bir başqa nümunəsidi. Bölgəni fəth edən müsəlmanlar cümə namazlarını bu kilsədə qılmağa başladılar, amma kilsə hələ xristianlara aid sayılırdı. Onlar da bazar günləri öz dini ibadətlərini rahat yerinə yetirirdilər. İki dinin mənsubları eyni məbədi sülh şəraitində istifadə edirdilər.
Müsəlman liderlərin ədalət anlayışı, kitab əhlinin öz məhkəmələrinin olmasına baxmayaraq, bir çoxlarının İslam məhkəmələrinə müraciət etməsinə səbəb olmuşdur. Müəyyən bir dövr İslam məhkəmələrinə müraciət edən xristianların sayının artması Nəsrani patriarxı Timasavusun xristianları xəbərdar edən bir bildiriş nəşr etməsi ilə nəticələnmişdir.
Bizans ordusu ilə aparılan döyüş əsnasında İslam orduları xalqı qoruya bilmədikdə, müsəlmanların aldıqları cizyəni xalqa qaytarmaları Peyğəmbərimizin (s.ə.v) müsəlmanlara öyrətdiyi gözəl əxlaqın əhəmiyyətli nümunələrindən biridir.
TÜRKÜN İDARƏSİ ALTINDA
Antaliya patriarxı Makariosun ortodokslara zülm edən katolik polşalıları Osmanlı hakimiyyəti ilə müqayisə edən sözləri bu gerçəyi göstərən nümunələrdən yalnız biridir: O imansızlar tərəfindən öldürülən minlərlə insana, qadın, qız və kişilərə yas saxladıq. Lehlilər ortodoks adını dünyadan silmək istəyirlər. Allah türklərin dövlətini əbədi etsin. Çünki türklər vergi aldıqdan sonra xristian və yəhudilərin dinlərinə toxunmurlar.
İspaniyadan sürgün edilən və müxtəlif ölkələrə sığınan yəhudilər bu torpaqlarda da çox böyük çətinliklərlə qarşılaşdılar. Bir çox şəhərlərə girmələrinə icazə verilmədiyi üçün aclıq və susuzluqdan şəhər girişlərində həyatlarını itirdilər. Cenovalıların gəmilərində səfər edənlər isə gəmi işçiləri tərəfindən ya zülmə uğradılar, ya da əsir olaraq quldurlara satıldılar. İmperatorluğunun sərhədlərini yəhudilərə açan Sultan Bəyazid isə yəhudilərə lazım olan şəfqət və diqqətin göstərilməsi üçün bütün əyalətlərə bir fərman göndərdi. FƏRMANDA, "İSPANİYA YƏHUDİLƏRİNİN GERİ DÖNDƏRİLMƏDƏN TAM SƏMİMİLİKLƏ QARŞILANMALARI, BUNUN ƏKSİNƏ HƏRƏKƏT EDİB GƏLMƏLƏRƏ PİS DAVRANAN VƏ YA ƏN KİÇİK BİR ZƏRƏRƏ SƏBƏB OLANLARIN ÖLÜMLƏ CƏZALANDIRILACAQLARI..." bildirilirdi. |