Müsəlmanları qantökən kimi göstərməyə çalışanlar yanılır: İslam şəfqət, mərhəmət və sevgi dinidir

Xüsusilə, son zamanlarda bəzi xristianlar müsəlmanlara qarşı real olmayan bəzi iddialar irəli sürürlər. Bu şəxslər, bəzi hadisələri dəlil gətirərək müsəlmanları əlaqəsi olmadığı halda, qantökən və zalım şəxslər kimi göstərmək istəyirlər. Dünyada müxtəlif bölgələrdə yaşanan və müxtəlif mərkəzlər tərəfindən haqsız yerə İslama aid edilməyə çalışılan zülm sistemini İslam əleyhinə istifadə edirlər. Keçmişdə müsəlmanların özlərini müdafiə etmək məcburiyyətində qaldıqları üçün baş vermiş müharibələri nümunə gətirərək Quranda bildirilən İslam dinini tamamilə fərqli təqdim etməyə çalışırlar. Bu, heç bir əsası olmayan, çox böyük böhtandır. Bu şəxslər İslam dinini tanımır, İslam adı altında zülm edənlərin gerçək üzünü bilmir, bu vəziyyəti ağılla və sağlam qiymətləndirə bilmirlər.

Bu iddianı ortaya atanlar dünyada İslam adına terror törədənlərin Qurana tabe olan həqiqi Müsəlman olduqlarını zənn edirlər. Halbuki onların İslamla, Quranla heç bir əlaqələri yoxdur. Hazırda dünyada tanınmış terrorist liderlərin böyük əksəriyyəti gerçəkdə təxribat üçün xüsusi olaraq öyrədilmiş kəşfiyyat agentləridir. Bunlar, Amerika və Avropada tanınmış kəşfiyyat qruplarına mənsubdurlar və birbaşa bəhs etdiyimiz bu kəşfiyyat təşkilatlarından əmr alırlar. Bu şəxslərin hamısı materialist və Darvinist təhsil almışdır. Bu şəxslər Allahı gərəyi kimi tanıyıb təqdir edə bilməyən, Allahın əmr etdiyi gerçək İslam əxlaqını yaşamayan, Peyğəmbərimizin (s.ə.v) gözəl, sevgi dolu, mehriban əxlaqından uzaq, Darvinist təlqinlərin təsiri altında olan şəxslərdir. Darvinizm tərəfdarları şiddət və zülmün həyatın bir hissəsi olduğunu qəbul edən insanlardır. Cəmiyyətdə Müsəlman imicinə sahib olmaları, hər hansı bir İslam ölkəsinə mənsub olmaları, şəxsiyyət vəsiqələrində Müsəlman yazılması bu həqiqəti dəyişdirmir. Bu şəxslər tamamilə Darvinist dünyagörüşünə sahib olan insanlardır. Ətraflarındakı insanları qiymətləndirmə şəkilləri də bu cürdür: Onların qəbul etdikləri yanılmalara görə “İnsanlar çox inkişaf etmiş heyvanlardır; ruhları, mənlikləri və heç bir məsuliyyətləri yoxdur. Bu heyvan qrupunun içində isə zəif olanlar mütləq ələnərək yox edilməlidir.”

Bu terrorist liderlər, əslində, Amerikada və müxtəlif Avropa ölkələrində İslam əxlaqından uzaq şəkildə yetişdirilmiş, gecə klublarından çıxmayan, Qərb mədəniyyətinin mənfi cəhətlərini qəbul etmiş ateist zehniyyətli şəxslərdir. Burada bunu qeyd etmək lazımdır ki, insan din əxlaqını yaşamağa başlamazdan əvvəl fərqli həyat yaşaya bilər, bu qınanacaq vəziyyət deyil. İnsan səmimi olaraq tövbə edib Allah inancına yönəlməklə Allahın bu səhvlərini bağışlamasını ümid edə bilər. Amma bu şəxslər üçün vəziyyət fərqlidir. Bu şəxslər vəzifələrini yerinə yetirməli olduqları zaman saqqal buraxıb, əhli-sünnə görünüşünə bürünüb iş başına keçirlər. Ateist masonların idarəsi altındakı sözü gedən kəşfiyyat təşkilatlarından lazım olan əmri alır və buna uyğun hərəkətlərini tərəddüdsüz yerinə yetirirlər. Onların müsəlmanlıqla, İslam ilə heç bir əlaqələri yoxdur. Onların dini İslam deyil, materializm, Darvinizmdir.

Qurana təslim olan səmimi müsəlmanların Qurana müxalif bu zülm sisteminə kömək etmələri mümkün deyil. Dünyada bu zülmü tətbiq edənlər İbni Meskeveyhçilər, Darvinistlər, materialistlər, sosializmə simpatiyası olanlar, Stalin pərəstişkarları, Che pərəstişkarları, Lenin pərəstişkarları, Mussolini pərəstişkarları, Hitler pərəstişkarları, Mao pərəstişkarlarıdır. Bunlar qanlı materialistlərin, kommunistlərin, faşistlərin azğın fikirlərini öz ağıllarına görə İslam adına tətbiq etmək istəyən, din əxlaqından tamamilə uzaq düşüncəli insanlardır.

Bəzi şəxslər bu sistemi haqsızlıqla İslam dininə aid etməyə çalışırlar. Bəzi müsəlmanlar İslama aid edilən bu zülmlərin, əslində, heç reallaşmadığını iddia edə bilər və bunu tamamilə inkar edə bilərlər. Halbuki bunu rədd etməkdənsə, bunların ateist masonların dəstəklədiyi, İslam dinini dünyada nəzərdən salmaq üçün tətbiq edilmiş (İslamı tənzih edirik) və İslam dinində haram olan hərəkətlər olduğunu izah etmək lazımdır.

Bəzi xristianlar müsəlmanlara qarşı irəli sürdükləri bu iddialarında əhəmiyyətli bir nöqtəni də görməməzlikdən gəlirlər. Bilindiyi kimi, tarixdə ABŞ Xirosima və Naqasakiyə atom bombası ataraq on minlərlə insanın həyatını itirməsinə səbəb oldu. Bu insanlar arasında müsəlmanlar da, xristianlar da, yəhudilər də var idi. Uşaqlar, yaşlılar, günahsız qadın və kişilər də var idi. Lakin İslam aləmi heç bir zaman ABŞ hökumətinin həyata keçirdiyi bu vəhşiliyi xristianlığa aid etmədi. Yenə eyni şəkildə keçmişdə yaşanan və “Xaç yürüşləri” olaraq bilinən  hücumlar əsnasında da minlərlə Müsəlman vəhşicə şəhid edildi, hətta fərqli məzhəblərdəki xristianlar işgəncə ilə öldürüldü, məscidlərlə yanaşı kilsələr də talan edildi. Son zamanlarda İraqda, Əfqanıstanda və digər bəzi Müsəlman ölkələrində tökülən qanlar da Müsəlman qanı idi. Lakin müsəlmanlar heç vaxt bunları qabardaraq İncilə tabe olanların qantökən olduqlarını iddia etmədilər. Ağıllı insanlar zülmün yaşandığı yerdə mütləq dinsizliyin hakim olduğunu rahatlıqla anlayır. Necə ki, Qurana tabe olan, Allaha iman edən ağıllı müsəlmanlar xristianlığı bu müharibələrdən məsul tutmur. Bu, Allaha qəlbən inanan insanın edə biləcəyi hərəkət deyil.

Müsəlmanlara qarşı bu cür çirkin iddialar irəli sürən bir qrup xristianların da artıq bu səhv düşüncələrindən və vərdişlərindən imtina etmə zamanı gəlmişdir. Ümumiyyətlə, bu iddiaların təməlində məlumatsızlığın böyük təsiri var. Bu səbəblə xristianlar ön mühakiməsiz bir gözlə Quranı oxumalı, Peyğəmbərimizin (s.ə.v) həyatını araşdırmalı və gerçək İslam əxlaqını yaşayan saleh möminlərin əsərlərini, həyatlarını, düşüncələrini və fəaliyyətlərini nəzərə almalıdırlar. İslamda şiddətin heç bir şəkildə yeri olmadığı çox açıqdır. Qurana görə müharibə yalnız can, mal, ismət təhlükəsizliyi olduğu zaman, ancaq müdafiə məqsədiylə edilə bilər. Belə bir vəziyyətdə də müsəlmanlar əsla həddi aşmamaq, əsir saxladıqları zaman əsirlərə nəzakətli davranmaq, hətta özləri ac ikən belə əsirlərə yaxşı yemək verməklə, tez bir zamanda sülhü təmin etmək, məzlumları və vətəndaşları qorumaqla məsuldurlar. Belə ki, Peyğəmbərimizin (s.ə.v) həyatını araşdırdığımız zaman bu mövzuda İslama ən uyğun olan davranışlarla qarşılaşırıq. Peyğəmbərimiz (s.ə.v) və səhabələr Məkkədə yaşadıqları 13 il ərzində Məkkəli müşriklərin ağlasığmaz işgəncələrinə, hücumlarına, böhtanlarına məruz qalmışlar, evlərindən zorla çıxarılmış, ölümlə təhdid edilmişlər. Edilən bu qədər hücum və təzyiqə baxmayaraq, əsla şiddətə müraciət etməmişlər. Məkkədəki təzyiqlərin artmasından sonra Mədinəyə hicrət etmişlər, Mədinə dövründə də yalnız özlərini müdafiə etmək məqsədi ilə məcburi müharibələrə qoşulmuşlar. Məsələn, Bədr müharibəsi Məkkəli müşriklərin ordularını yığıb müsəlmanları şəhid etmək məqsədiylə hücuma keçmələri nəticəsində baş vermişdir. Xəndək müharibəsi də müsəlmanların özlərini qorumaq üçün şəhərin ətrafına xəndəklər qazdıqları, tamamilə müdafiə xarakterli müharibədir. Qısaca, keçmişdəki müharibələr bütpərəstlərin hücum etmələri nəticəsində məcburiyyətdən qaynaqlanan müdafiə xarakterli müharibələrdir. Heç biri hücum xarakterli müharibə deyil.

Quranın dərinliyini görüb anlayan insan Quranda həmişə bağışlamağa üstünlük verildiyini də rahatlıqla anlaya bilər. Quranda Allah müharibə zamanı həddi aşmamağı, müharibə zamanı qarşı tərəf müharibəni dayandırdığı təqdirdə müsəlmanların da dayanmalı olduqlarını xəbər verir:

Sizinlə döyüşənlərə qarşı Allah yolunda döyüşün, (ancaq) həddindən artıq getməyin. Əlbəttə Allah həddindən artıq gedənləri sevməz. (Bəqərə surəsi, 190)

Onlar, (döyüşə) son versələr (siz də son verin); şübhəsiz Allah, bağışlayandır əsirgəyəndir. (Bəqərə surəsi, 192)

Yenə Quranda müharibə zamanı əsir alınanların bağışlanması və geri qaytarılması nəsihət edilmişdir. Allah, cinayət işləndiyi təqdirdə belə günahkarın bağışlanılmasının daha xeyirli olacağını Quranda bildirmişdir. Müsəlmanın Qurana görə məsuliyyəti həmişə Allah rizası üçün ən xeyirlisini seçməkdir. Allah, cinayət zamanı da bağışlamağı xeyirli gördüyünə görə Müsəlmanın əsl yerinə yetirməli olduğu hökm budur. İslam şəfqət, mərhəmət, sevgi, sülh və rahatlıq dinidir. İslamı fərqli göstərməyə çalışanlar bu davranışlarını dəyişdirməlidirlər.

Tarixdə Xristian ölkələrin başlatdığı müharibələrə görə xristianlıq məsul tutulmamışdır.

Müsəlmanları zalım göstərməyə çalışan zehniyyət ateist masonluqdur.

9 yanvar 2010-cu il tarixli Kanal 9 və Kral Qaradəniz tv reportajında mövzuyla əlaqədar Cənab Adnan Oktarın açıqlamaları bu şəkildədir:

Aparıcı: Ayşegül Çayırganın verdiyi sualı oxuyuram: “Bir neçə gün əvvəl kilsədən çıxan 6 qibti xristian atəş açılaraq öldürüldülər. Bütün qərbdəki qəzet və radiolarda bu hadisə Müsəlman ölkədə baş verdiyi üçün müsəlmanların əleyhində şərh edildi. Misir hökuməti mövzuyla əlaqədar aydınlıq gətirmir. Bu mövzu haqqında nə düşünürsünüz?

Adnan Oktar: Son zamanlarda bəzi xristian yoldaşlarımız müsəlmanların tarix ərzində, həmçinin son zamanlarda belə qantökən, zalım, demokratiyanı, haqqı-hüququ tanımayan insanlar kimi göstərməkdə maraqlıdırlar. Keçmişdəki müharibələrdən nümunələr verirlər. Xüsusilə Amerikalı protestant qardaşlarımız, evanjelikler belə danışırlar. Əgər keçmişdəki müharibələrdən nümunələr versək, məsələn, Xerosimada, Naqasakidə bir anda on minlərlə insanı qətl etdilər. Orada Müsəlman da, xristian da, hər dindən insan var idi. Yaxşı, bu hansı hüquqla edilir? Bir çox ölkədə qan tökdülər, Əfqanıstanda qan tökdülər, İraqda qan tökdülər. Bu hansı hüquqla edildi? Yəni, müsəlmanlar bunu “İncilə tabe olanlar belədir, xristianlar belədir, qantökəndir” şəklində şərh etmədi. Biz dedik ki, “Bu ateist mason ruhudur, ateist masonluğun əlamətidir. Müsəlman olmayan, xristian da olmayan, dinsiz imansız adamlar bunu edir”-dedik. Heç bir şəkildə bunu xristianlığa aid etmədik. Xristianlığı məsul tutmadıq bu mövzuda. Buna görə xristian yoldaşlarımızın da bir hadisə olduqda müsəlmanlığı məsul tutmaları yalnış olar, bu vərdişlərindən imtina edəcəklər. Düzdür, Quranda müharibə var, lakin can, mal, ismət təhlükəsizliyi olduğunda nəfsi müdafiə etmə vardır. Yəni adamın evinə giriblər, silahla tüfənglə basqın var, şüşəni, pəncərəni sındırıblar, güllə atırlar. Adam nə edə bilər belə bir vəziyyətdə? Onları məhkəməyə versin? Yəni nə etməlidir? Qaçsa qaça bilməz. Deyilmi? Nə edə bilər? Çarə canını qurtarmaqdır, nəfsi müdafiədir. Nəfsi müdafiədə ediləcək şeylər vardır. Məsələn, insanlar əvvəl havaya atəş edirlər. Təhdid edirlər, havaya atəş edərək, o da olmasa çox möhkəm yaralanmayacağı şəkildə və ya ölməyəcəyi şəkildə onu yaralayaraq dayandırmağa çalışırlar. Bu nəfsi müdafiədir. Bunun başqa bir yolu varmı? Ani bir hücumda başqa yolu varmı? Qaça bilmədiyinə görə? Yaxşı bunda ayıblanacaq, səhv olaraq görüləcək nə var? Müsəlmanlar o dövrdə müdhiş təzyiq görürdülər, böyük zülm görürdülər, xəndək içinə qoyulub neftlə yandırılırdılar. Belə olduqda nə etsin? Nə etməlidir? Gecə yarısı basqın var. Adam qılıncla, mizraqla basqına gəlib. “Xoş gəldiniz, gəlin buyurun çay içək”mi deyəcəklər? Nə desinlər? Təbii ki, özlərini müdafiə edirlər. Müdafiə edərkən də can itkisi ola bilər. Bu anormal bir şey deyil. Çünki qarşı tərəf sənin onsuz da canını almağa gəlib. Yəni tam olaraq insanın özünü o anda, toplu hücumda müdafiə etməsi çox çətin olar. O anda edə biləcəyi başqa bir şey də yoxdur. Bu səbəbdən bu mövzuda Müsəlmanları ayıblamaq, tənqid etmək çox səhvdir. Onlar öz-özlərini tənqid etsinlər. Edilənlərdə ən kiçik bir səhv yoxdur. Peyğambərimiz (s.ə.v) zamanında heç bir müharibə hücum xarakterli deyildi.

Adnan Oktar: Həmişə bağışlamağa üstünlük verir. Məsələn, Allah ayədə buyurur ki, “Həddindən artıq getməyin. Dayansalar siz də dayanın” və Allah “əsirləri azad edin, əsirlərə gözəl davranın”- deyə buyurur. Bu nə qədər mükəmməl bir izahdır, nə qədər insancıl bir izahdır. Bir cinayət olduğu zaman Allah deyir ki, qisas sizin haqqınızdır, yəni normal halda cinayətin cəzası edamdır. Amma bağışlasanız sizin üçün daha xeyirlidir -deyə buyurur. Müsəlman əfvi-daha xeyirli olanı seçəcəyinə görə o zaman nədir? Burada şəfqətin, mərhəmətin, sevginin ən yüksəyini görmüş olmuruqmu? Cinayət kimi böyük bir zülmü bağışlamaq nə deməkdir? Allah “bağışlasanız sizin üçün daha xeyirlidir” deyir. Bu səbəbdən İslam şəfqət, mərhəmət, sevgi dinidir. Amma İncil də, Tövrat da belədir. Yəni təhrif olunmuş halında belə yenə bu gözəl cəhətlərini mühafizə etmişdir. Bu səbəbdən müsəlmanları öldürüb, asıb-kəsib, üç-beş psixin törətdiyi bir hadisəni də müsəlmanların üstünə atmağa çalışmayaq! Bundan imtina edəcəklər, bu düzgün deyil, bir də bu cinayət işləyənlərə baxırıq ki, ya İngiltərədə təhsil alıblar, ya Amerikada təhsil alıblar, Darvinist, materialist təhsildən keçiblər. İslami tərbiyə alan, ağıllı bir insan və ya bir Nur tələbəsi düşünək. Heç dünyanın hər hansısa yerində bir Nur tələbəsinin cinayətə adının qarışdığını görmüsünüzmü?

Oktar Babuna: Görülməyib inşaAllah.

Adnan Oktar: Heç bir yaralama hadisəsinə belə adı qarışıbmı? Milyonlarla Nur tələbəsi var, əsla etməzlər. Məsələn, bir Sufinin, bir təriqət mənsubunun, fərz edək məsələn, xaricdə Şaziniler var, Nakşibendiler var, biz bu insanlarda heç belə bir şeyə rast gəlirikmi? Və yaxud bir fiqh aliminin, gözəl əhli-sünnə tərbiyəsi almış bir alimin bu tərz bir şey etdiyini görmüşükmü? Görməmişik. Kimlərdə görmüşük? İbni Miskeveyhçi, Darvinist, materialist, təkamülü müdafiə edən, sosializmə simpatiyası olan, Che pərəstişkarı, Ho Shi Minh pərəstişkarı, Leninin düşüncələrini İslamla uyğunlaşdırmağa çalışan, kompleksli tiplər, bu səbəbdən, bunları ayrı tutmaları lazım, biz həqiqi Müsəlmanları nəzərdə tuturuq. Həqiqi Müsəlman hər zaman şəfqətli, mərhəmətli və sevgi doludur.