|  Peyğəmbərimizin  (s.ə.v) hədislərində bildirildiyinə görə hz. Mehdi axırzamanda zühur edəcək və  İslam əxlaqını yer üzünə hakim edəcəkdir. Hz. Mehdinin ortaya çıxması ilə yer  üzündəki bütün zülm və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi,  hüzur və güvən gələcək. Uca Allah Qurani-kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir.  Peyğəmbərimiz (s.ə.v) də hədislərində bu böyük və mübarək hadisəyə axırzamanda  hz. Mehdinin səbəb olacağını xəbər vermişdir. Quran əxlaqının gərəyi olaraq və  Peyğəmbərimizin bildirdiyi kimi, İslam əxlaqının hakim olması ilə yer üzü hüzur  və təhlükəsizliyə qovuşacaq, hər cür qarışıqlıq, qarşıdurma, anarxiya və terror  sona çatacaqdır. Axırzamananın qarışıqlıq və zülmlərindən böyük sıxıntı duyan  insanlar İslam əxlaqını yer üzünə hakim edəcək hz. Mehdinin ədalət, mərhəmət,  cömərdlik, sevgi və xoş münasibətindən razı olacaqlar.
               Axırzamanda  hz. Mehdinin Allahın iznilə mütləq ortaya çıxacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində  belə müjdələnmişdir:
                 Dünyada tək bir gün qalsa belə (qiyamət  qopmadan) Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına  uyğun, Əhli-beytimdən bir şəxs (Hz. Mehdi) gələcək, daha əvvəl zülm və  haqsızlıqla dolu olan yer üzünü ədalət və insafla dolduracaq. ( Əbu Davud və Tirmizi / Böyük Hədis  Külliyatı, Rudani 5. Cild, s. 365)
                 Hədislərdə  bildirildiyinə görə hz. Mehdi axırzamanda zühur edəcək və İslam əxlaqını yer  üzünə hakim edəcəkdir. Hz. Mehdinin ortaya çıxması ilə yer üzündəki bütün zülm  və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi, hüzur və güvən gələcəkdir.  Bu mübarək hadisələr bəzi hədislərdə də belə xəbər verilir:
                           
                  ... bu əmir (Hz. Mehdi) insanlar yer üzünü daha əvvəl  zülmlə doldurduqları kimi yer üzünü ədalətlə dolduracaqdır.Artıq sizdən kim o günə çatarsa qar üstündə iməkləmək surəti ilə də  olsa onlara çatsın (qatılsın). (Sünən-i  İbni Macə Kitabü-l fiten tərcüməsi və Şərhi-Kahraman nəşriyyat, cild 10, 
              Mütərcim:  Heydər Hatipoğlu, Bab: 34, s. 347)
 Hz. Peyğəmbər ən əvvəl İslamı necə qorudusa hz.  Mehdi də ən sonda eyni formada İslamı qoruyub ucaldacaqdır... (Əl Qəvlül Müxtəsər Fi əlamət-il Mehdiyy-il  Müntəzər, s. 26)                                                                                        
                 Ancaq  Peyğəmbərimizin (s.ə.v) də xəbər verdiyi kimi, hz. Mehdinin zühurundan əvvəl  yoxluqlar və sıxıntılar şiddətlənəcək, yer üzündə güvən və hüzur qalmayacaq,  bütün insanlar ard-arda meydana gələn fəlakətlər səbəbi ilə böyük əzablar  yaşayacaqdır. Necə ki, Qurani-Kərimdə də elçilərin və peyğəmbərlərin gəldiyi  dövrlərdən əvvəl Rəbbimizin insanları müxtəlif sıxıntılarla imtahan etdiyi  bildirilmişdir:  Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini  sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. ( Əraf surəsi, 94) İslam əxlaqının  bütün yer üzündə yaşanmasını təmin edəcək, insanlara ədaləti və sülhü gətirəcək,  dünyada Qızıl əsr  olaraq adlandırılan  bir dövrün yaşanmasına səbəb olacaq mübarək bir şəxs olan hz. Mehdinin də  zühurundan əvvəl ayədə bildirildiyi kimi, sıxıntı və bəlaların yaşanması Adətullahın  (Allahın qanununun) gərəyidir. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) isə bu  sıxıntıların nələr olacağını ətraflı şəkildə bildirmişdir. Axırzamanda qarışıqlıq və fitnələr  insanların çətin vəziyyətə düşməsinə səbəb olacaq  Peyğəmbərimizin  (s.ə.v) hədislərində xəbər verdiyinə görə hz. Mehdinin ortaya çıxmasından əvvəlki  dövr fitnə və qarışıqlıqların geniş yayıldığı, insanların əzab və sıxıntı çəkdikləri,  yoxluqların olduğu, dəhşətli müharibələrin yaşandığı çətin bir dövrdür. Mövzu  ilə əlaqəli bəzi hədislər belədir: Mehdi çıxmazdan əvvəl millətlər arasında ticarət və yollar kəsiləcək, insanlar arasında  fitnələr çoxalacaqdır... (Əl Qəvlül Müxtəsər  Fi əlamət-il Mehdiyy-il Müntəzər, Ahmed İbni Hacer-i Mekki, s. 39-40) Dünya hərc-mərc (qarışıqlıq, fitnə) içində  qaldıqda, fitnələr zühur etdikdə, böyük kiçiyə mərhəmət etmədikdə, kiçik böyüyə  hörmət göstərmədikdə, Allah onlardan düşmənliyin kökünü qazıyaraq dəlalət  qalalarını fəth edəcək, əvvəlcə mənim ayaqda tutduğum kimi axırzamanda dini  ayaqda tutacaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini  (Hz. Mehdini) göndərəcəkdir.  (Təbərani  ve Əbu Nuaymdan. əl-Müttəqi vr.84b; (İbn Asakirdən) Suyuti C,II s, 67) Hədislərdə olan məlumatlar axırzamanda çox qan  töküləcəyini, hücumların yayılacağını, şiddətin artacağını, qətliamların baş  verəcəyini, müharibələrin və qarşıdurmaların yaşanacağını, ədalətin yerini  haqsızlıq və zülmlərin alacağını, aclığın və yoxsulluğun çoxalacağını,  insanların bir-birinə güvənməyəcəyini, saxtakarlıqların ediləcəyini, yalan  danışmağın cəmiyyətin böyük qismində məqbul qarşılanmağa başlayacağını, əxlaqi  dəyərlərin pozulacağını göstərir. Buna görə insanlar ard-arda gələn fəlakət və  bəlalara məruz qalacaq, sıxıntı və əzabların ardı-arxası kəsilməyəcəkdir. Bir hədisdə  belə bildirilir: Çox əzablı vəziyyətlər və dərdli mənzərələr görülər. Fitnələr ard-arda davam edər... Bunların arasında fitnə,  zorakılıq, həlak və qaçışmalar olar. Nə zaman” bitdi” deyilər, yenə də davam  edər. Bu hadisələr o qədər şiddətlənər ki, içinə girmədiyi bir ev və zərəri  toxunmayan bir Müsəlman qalmaz. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 36) Peyğəmbərimiz  (s.ə.v) bu qaranlıq mühitdə insanların aydınlığa çıxmasına səbəb olacaq, onlara  həll yolları göstərəcək, axtardıqları hüzur və güvəni onlara təmin edəcək  insanın hz. Mehdi olacağını xəbər vermişdir. İnsanların içinə düşdükləri çarəsizliyi  hz. Mehdi ortadan qaldıracaq Axırzamanda  insanların yaşadığı böyük sıxıntıların təməlində Quran əxlaqından və Peyğəmbərimizin  (s.ə.v) mübarək sünnətindən uzaqlaşmaları dayanır. Din əxlaqının gərəyi olan  sevgi, şəfqət, dürüstlük, ədalət, xoşgörüş, təmkin, səbir, sülhsevərliyin yerini   inkarçı ideologiyaların təlqini olan  eqoistlik, mərhəmətsizlik, ədalətsizlik, mənfəətpərəstlik aldığı üçün insanlar  axırzamanda böyük əzablar yaşayırlar. Hədisdə axırzamanda insanların din əxlaqından  uzaqlaşmaları belə xəbər verilir: Sünnətlərin itməsi, bidətlərin (dinə sonradan daxil  edilmiş batil inanclar) ortaya çıxması, əmri-bil-maruf və nəhyi-əz-münkər  (yaxşılığı əmr edib pislikdən mənetmə) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi  zaman Cənabı-Haqq mənim övladlarımdan Mehdi ilə sünnətləri  canlandırar. ( Kitab-ül Bürhan Fi Əlaməti  –il Mehdiyy-il Axırzaman, s. 66)  Hədislərdə  xəbər verildiyi və İslam alimlərinin əsərlərində açıqlandığına görə hz. Mehdi inkarçı ideologiyaları fikrən tam mənası ilə məğlub etmək,  insanlara din əxlaqının və dinin özünü öyrətmək, onları imana və gözəl əxlaqa  istiqamətləndirmək üçün böyük bir fikri mübarizə aparacaqdır. Rəbbimiz hz.  Mehdini və apardığı böyük fikri mübarizəsini axırzamanın çətinliklərinin  ortadan qaldırılmasına səbəb edəcəkdir. Bir hədisdə hz. Mehdinin bu xüsusiyyəti  belə bildirilir: Muhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinliklərinizi  aradan qaldıran, vəliniz olan şəxsə... O Mehdidir. (Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il  Axırzaman, s. 57) Bir  başqa hədisdə isə hz. Mehdi vasitəsi ilə fitnələrin sona çatacağı, fitnələrin  bitməsi ilə yer üzünə hüzur və güvənin hakim olacağı belə xəbər verilir: Allah, kor fitnələri Onun (Hz. Mehdi) vasitəsi  ilə söndürər. Hər yer əmin bir hala gələr... (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il  Axırzaman, s. 58) Hədislərdə  xəbər verilənlərə görə əzablar, sıxıntılar və yoxluq içindəki xalq hz. Mehdinin  ədalətinə, mərhəmətinə, sevgisinə və cömərdliyinə sığınacaq. Bir hədisdə belə  bildirilir: Ümmət bal arılarının ana arı ətrafında toplanması  kimi, Mehdiyə sığınar. O daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar,  insanlar sanki Əsr-i Səadət dövrünə geri dönər... (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il  Axırzaman, s.11) Hz.  Mehdinin İslam əxlaqını yer üzünə hakim etməsi ilə birlikdə yoxluqlar,  aclıqlar, əzablar, sıxıntılar sona çatar, axan qanlar dayanar, insanlar uzun  illərdir axtardıqları gerçək xoşbəxtlik, hüzur və etibarı taparlar. Hz.  Mehdinin səbəb olduğu bu sevgi və sülh dolu, bolluq və bərəkət mühiti hədislərdə  bu cür tərif edilmişdir: Yer üzü zülm və düşmənçiliklə dolduqdan sonra mütləq  mənim Əhli-beytimdən biri çıxar. Əvvəllər necə zülm və düşmənliklə dolmuşdusa,  O, dünyanı ədalətlə doldurar. (Kitab-ül  Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 11) O, yer üzünü ədalətlə və nəsafətlə doldurar. Ərz  (yer üzü) nəbatatını (bitkisini) çıxarar, göy də yağmurunu yağdırar. Ümmətim  daha əvvəl görülməmiş şəkildə nemətlənər.  (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 35) O zaman göy heç bir yağmur damlasını əsirgəməyəcək  və yer də bərəkətlənəcəkdir. (Kitab-ül  Bürhan Fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 12) Onun dövründə ölülərin dirilərə qibtə edəcəyi bir ədalət  olar. (Kitab-ül Bürhan Fi Əlamət-il  Mehdiyy-il Axırzaman, s. 68) Hz. Mehdi sevgi və mərhəmətlə  insanları İslam əxlaqına dəvət edəcək Hz.Mehdi  çox üstün əxlaqa sahib olan mübarək bir şəxsdir. Bir çox hədisdə hz. Mehdinin  gözəl əxlaqı detallı olaraq tərif edilmiş və öyülmüşdür. Hz. Mehdinin əxlaqı ilə  əlaqəli bildirilən hədislərdən birində isə bu mübarək zatın əxlaqının Peyğəmbərimizin  (s.ə.v) əxlaqına bənzədiyi ifadə edilmişdir:  Əxlaqı mənim əxlaqım olan bir övladım çıxacaq. (Kitab-ül Bürhan Fi Əlamət-il Mehdiyy-il  Axırzaman, s. 21) Peyğəmbərimiz  (s.ə.v) əxalqı və imanı ilə aləmlərə üstün tutulmuş, Rəbbimizin özünə böyük nemətlər  bəxş etdiyi çox dəyərli və üstün bir insandır. Rəbbimiz Quranda Peyğəmbərimizin  (s.ə.v) üstün əxlaqına dair bir çox nümunə vermişdir. Özünün bütün iman edənlərə  nümunə olduğu yönlərindən biri də sevgi dolu, incə düşüncəli və mərhəmətli  olması, insanlara yumşaq davranmasıdır. Ayədə bu şəkildə buyurulur:  Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar  etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından  dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını  dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə  Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.  (Ali-İmran surəsi, 159) Hədislərdə  olan məlumatlardan açıq aydın olduğu kimi, hz. Mehdi də eynilə Peyğəmbərimiz (s.ə.v)  kimi insanlara sevgi və mərhəmətlə yaxınlaşacaq, anlaşmazlıqları sülh yolu ilə  həll edəcək, insanları səbirlə gözəl əxlaqa və imana dəvət edəcəkdir. Hz.  Mehdinin inkarçı ideologiyalara qarşı mübarizəsi fikrən olacaq, Rəbbimizin  lütfü ilə çox ağıllı və hikmətli üsullarla küfr ideologiyalarını fikrən məğlub  edəcəkdir. Hədislərdə xəbər verildiyinə görə hz. Mehdinin bu böyük fikri  mübarizəsi yatan adamın fərqinə belə vara bilməyəcəyi sakitlik, sükunət və  nizam içində olacaq: (Hz. Mehdi) Zamanında nə bir kimsə yuxusundan  oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaq. (Əl Qəvlül Müxtəsər fi Əlamətil Mehdiyy-il Müntəzər,  s. 42) (Hz. Mehdi) Peyğəmbərin (s.ə.v) yolundan gedəcək.  Yatan insanı oyatmayacaq, qan da axıtmayacaq. Canlandırılmamış sünnət,  qaldırılmayan bidət buraxmayacaq... (Qiyamət Əlamətləri, s. 163) Hədislərdə  də bildirildiyi kimi, Mehdi bütün dünyaya İslam əxlaqını sülh yolu ilə hakim edəcək.  Gərginliklərə və anlaşmazlıqlara bütün tərəflərin razı olacağı bir ədalətlə çarə  tapacaq, bütün problemlər sülh yolu ilə ortadan qaldırılacaq. Hz. Mehdi  insanları İslam əxlaqının əmri olan mərhəmətə, səbrə, yaxşılığa və gözəlliyə  çağıracaq, öz üstün əxlaqı və davranışı ilə insanlara hər mövzuda olduğu kimi,  bu mövzuda da nümunə olacaq. Hz. Mehdinin insanlara bu dəvəti bir hədisdə belə  bildirilir:  (Hz. Mehdi) Yatsı namazını qıldıqdan sonra ən yüksək  səsi ilə belə xitab edər: Ey insanlar, Mən sizə Allahı xatırladıram. Sabah məhşər  günündə Allahın hüzurunda yerinizin nə olacağını xəbər verirəm. Allah-Təala sizə  bir çox dəlillər və peyğəmbərlər göndərmiş, Quranı endirmiş və sizə belə əmr  etmişdir: Allaha heç bir şeyi ortaq qoşmayın, Allah və Rəsuluna itaəti qoruyun.  Quranın canlandırdığını dirildin, qadağalarını da qadağan edin və siz Mehdiyə  köməkçi və dəstək olun. Necə ki, dünyanın pisləşməsi və zavala çatması  yaxınlaşmışdır. Bu dəqiqdir. Mən sizi Allaha və Rəsuluna, Onun kitabı ilə əməl  etməyə, batili yox edib, sünnəti canlandırmağa dəvət edirəm. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il  Axırzaman, Əli b. Hüsaməddin əl-Müttəqi, s. 55-56) Bütün  bu məlumatlar açıqca göstərir ki, hz. Mehdinin izləyəcəyi yol bütün dünyada  böyük bir mədəni atılımla insanların İslam əxlaqına istiqamətləndirilməsi  olacaq.  Hz. Mehdi hz. Zülqərneyn və hz. Süleyman  kimi sülhlə hökm edəcək Hədislərdə  hz. Mehdinin daha əvvəl İslam əxlaqını dünyaya hakim etmiş hz. Süleyman və hz.  Zülqərneyn kimi yer üzünə hökm edəcəyi bildirilir. Bu hədislərdən biri belədir: Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya  hökm edəcəkdir.  (Əl-Qəvlül Müxtəsər Fi Əlamətil  Mehdiyy-il Müntəzər, s. 29) Böyük  İslam alimi İmam Rəbbani də məşhur əsəri Məktubatda hz. Mehdinin hz. Süleyman və  hz. Zülqərneyn kimi dünyaya İslam əxlaqını hakim edəcəyini bildirən hədislərə  yer vermişdir. Bu hədislərdən birində belə deyilir: Yer üzünün dörd məliki var. Onların ikisi möminlərdən,  ikisi də kafirlərdəndir. Zülqərneyn və Süleyman möminlərdəndir. Nəmrud və  Buxtunnəsr isə kafirlərdəndir. Yerə beşinci olaraq Əhli-beytimdən biri sahib  olacaq. Yəni, Mehdi.  (Məktubat-i Rəbbani,  2/251) Peyğəmbərimizin  (s.ə.v) hədisində də bildirildiyinə görə bu günə qədər müsəlmanlardan İslam əxlaqını  dünyaya hakim etmiş iki mübarək kəs hz. Zülqərneyn və hz. Süleymandır. Dünyaya  hakim olacaq üçüncü Müsəlman isə hədisdə eynilə hz. Zülqərneyn  və hz. Süleyman kimi xəbər verilən hz.  Mehdidir. Hz.Zülqərneyn və hz. Süleymanın üstün əxlaq xüsusiyyətləri İslam əxlaqını  yer üzünə hakim edəcək olan hz. Mehdidə də olacaqdır. Quran  ayələrində hz. Süleyman və hz. Zülqərneynin xoşgörüşlü, əfvedici və sülhsevər olduqları  bildirilmişdir. Hz. Zülqərneyn ilə əlaqəli ayələrdən bəziləri bu şəkildədir:  Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu  qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya  rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da  onlarla yaxşı rəftar etməlisən!”  (Kəhf  surəsi, 86)
 İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl  mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”.   (Kəhf surəsi, 88)
 Ayələrdə  buyurulduğu kimi, hz. Zülqərneyn qarşılaşdığı cəmiyyətə qarşı gözəlliklə davranmış  və bu cəmiyyəti asan olana dəvət etmişdir. Həm bu cəmiyyətə, həm də ayələrdə  bildirildiyi kimi daha sonra qarşılaşdığı cəmiyyətlərə qarşı ədalətlə davranmış  və problemləri qarışısında onlara çıxış yolları göstərmişdir. Özündən yardım  istəyən cəmiyyətə qarşılığında heç bir şey gözləmədən yardım etmişdir. Hz. Zülqərneyn  ətrafındakı xalqlar tərəfindən yer üzündə pozğunluğu və fitnəni əngəlləyən  insan olaraq tanınmış, insanlara sülh və hüzur gətirən bir öndər olmuşdur. Şübhəsiz,  bunlar uca Rəbbimizin əmr etdiyi gözəl əxlaqı ən gözəl şəkildə yaşamasının bir  nəticəsidir. Hz.  Süleyman da ayələrdə yer alan məlumatlardan aydın olduğu kimi, yaşadığı dövrdə  çox üstün bir mədəniyyət meydana gətirmiş və hakimiyyətini də sülh yolu ilə, sənətlə  və mədəniyyətlə təmin etmişdir. Çox güclü qarşıqoyulmaz ordulara sahib olmasına  baxmayaraq, əsgəri gücünü istifadə etməmişdir. Hz.  Mehdi də ortaya çıxıdığı zaman İslam əxlaqını eynilə hz. Zülqərneyn və hz.  Süleyman kimi mədəni fəaliyyətlərlə hakim edəcək, sülh yolunu istifadə edəcək,  sənət və estetikaya əhəmiyyət verəcək, ədaləti və dürüstlüyü ilə bütün  insanların sevgisini qazanacaqdır. İslam əxlaqının hakim olduğu dövrdə insanlar  arasında kin, hüsumət və düşmənlik deyil, sevgi, anlayış və şəfqət yayılacaqdır.  İnsanların ən çox sevgilərini yönəltdikləri, özündən ən çox razı olduqları  insan isə bu gözəl dövrə səbəb olan hz. Mehdi olacaqdır.  İnsanların hz. Mehdinin gözəl əxlaqından  və ədalətindən razı olmaları Hz.  Mehdinin vəsiləsi ilə İslam əxlaqının bütün dünyaya hakim olacağı dövr Qızıl əsr  adı ilə bilinir. Bu dövr hədislərdən də aydın olduğu kimi, yarım əsrdən artıq  davam edəcək Əsr-i Səadətə bənzər bir dövr olacaqdır. Peyğəmbərimizin (s.ə.v)  bu dövrü təsvir edərkən cənnət bənzəri xüsusiyyətlərlə danışması bu çağa Qızıl əsr  adı verilməsinə səbəb olmuşdur. Hər  cür məhsul və mal bolluğu,təhlükəsizlik, güvən və ədalətin təmini, hüzur və səadət,  hər cür texnoloji inkişafın insanların rahatlığı, nəşəsi və hüzuru üçün istifadə  olunması ehtiyac içində olan birinin qalmaması, istəyənə istədiyindən qat-qat  artığı ilə verilməsi bu dövrün əsas xüsusiyyətlərindəndir. Hədislərdə bu dövrdə  yer üzünün sülhlə dolacağı müjdələnmişdir. Qızıl əsrdə əvvəlcədən aralarında  hüsumət olan xalqlar arasında çox böyük bir qardaşlıq yaşanacaq, hər cür müharibənin  yerini sülh, dostluq və sevgi alacaqdır.  Qarşıdurmalar, müharibələr, anarxiya və  qarışıqlıq sona çatacaqdır. Yer üzünün hər bucağı əmin olacaq, insanlar güvən  içində olacaqdır. İnsanlar  Qızıl əsrdə yaşanacaq sevgi, dostluq, güvən və hüzurdan çox məmnun olacaqlar və  bu gözəlliklərə vəsilə olan hz. Mehdini dərin bir sevgi ilə sevəcək, onun ədalətindən  və gözəl əxlaqından tam mənası ilə razı olacaqlar. Hz. Mehdinin insanlar tərəfindən  çox seviləcəyi hədislərdə belə xəbər verilir:  Allah bütün insanların qəlblərini Onun (Hz.  Mehdinin) məhəbbəti ilə dolduracaqdır.  (Əl-Qəvlül Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 42) Hz. Mehdi gəldikdə, insanlar Onu eşq və məhəbbətlə  qucaqlayacaqlar. (Əl-Qəvlül Müxtəsər  Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 37) Digər  bəzi hədislərdə də hər kəsin hz. Mehdinin gözəl əxlaqından bəhs etdiyi, onun məhəbbəti  ilə daima ondan danışıldığı söylənilir. Hz. Mehdiyə duyulan sevgi hədislərdə bu  şəkildə tərif edilir:  Mehdi, (zamanındakı) insanların ən xeyirlisidir.  Onun köməkçiləri və ona beyət edənlər... Cəbrail onların önündə, Mikail də  arxalarında olar. O məxluqat arasında sevilər. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il Axırzaman, s. 58)             Mehdi  zühur edər, hər kəs sadəcə ondan danışar, Onun sevgisini alar  və Ondan başqa bir şeydən bəhs etməzlər. (Kitab-ül Bürhan fi Əlamət-il Mehdiyy-il  Axırzaman, s. 33) İslam Birliyi Avropa Birliyinə əngəl  deyil Yaşadığımız  dövr qarşıdurmaların, zülmün, müharibələrin, fəlakətlərin yaşandığı  axırzamandır. Ancaq hədislərdə də göründüyü kimi, axırzaman eyni zamanda bütün  bunların həll olunacağı, yer üzündə gözəl əxlaqın hakim olacağı, inananların  bir yerdə hüzur içində yaşayacağı bir dövrdür. İslam Birliyinin qurulacağı bu  dövr ağıllara İslam Birliyinin bu günlərdə adından tez-tez söz edilən Avropa  Birliyinə bir əngəl olub olmayacağı sualını gətirir. Halbuki bu İslam  Birliyinin təməlini meydana gətirən əxlaqi dəyərlərin tam olaraq aydın  olmamasından qaynaqlanan bir sualdır. İslam Birliyinin təməlində sevgi, birlik,  ədalət, sülh və dostluq vardır. İslam Birliyinin qurulma məqsədi qarışıqlığı, çəkişmələri,  ədalətsizlikləri, mərhəmətsizlikləri sona çatdıraraq hər insanın hüzur və rifah  içində yaşaması, hər insanın təməl haqq və azadlıqlarına hörmət edilməsi və  dil, din, irq ayrılığı edilmədən bütün insanların sülh içində yaşamasıdır. Bu səbəblərlə  də İslam Birliyinin gətirəcəyi üstün əxlaqi dəyərlər, haqq və azadlıqlar,  rifah, sülh və hüzur mühiti Avropa Birliyi üçün bir əngəl deyil.
               Nəticə Bura qədər  bildirdiyimiz məlumatlar göstərir ki, axırzaman çox böyük inkişafların  yaşanacağı, dünya tarixinin ən əhəmiyyətli dövrlərindən biridir. Günümüzdə  dünyanın dörd bir yanında yaşanan səfalət, qarşıdurmalar, zorakılıq və terror hərəkatları,  əxlaqi degenerasiya hz. Mehdinin zühur edib bütün bu fitnələrə ən hikmətli və  sülhsevər yollarla son verməsinin yaxınlaşdığını gözlər önünə sərir. Allahın  iznilə hz. Mehdi ortaya çxıdığında bütün insanlıq tayı-bərabəri görülməmiş bir  gözəllik, bolluq və bərəkətə, hüzura və güvənə qovuşacaqdır. Bütün bunlar səmimi  olaraq iman edənlərin dərin coşqu və həyəcan duyacaqları çox qiymətli müjdələrdir.  Müsəlmanların etməsi lazım olan da bu müjdələrin sevincini yaşamaq, şövq və həyəcanla  bu mübarək dövr üçün özlərini hazırlamaqdır. |